logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Ramazan Abdulatipovdan

Text size icon-size icon-size

23 dekabr 2013, 15:00

Hörmətli İlham Heydər oğlu,

Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Siz zəngin həyat yolu keçmiş istedadlı rəhbər və təşkilatçısınız. Geniş təfəkkür və Azərbaycan xalqının mənafelərinə sədaqət Sizi fərqləndirən cəhətlərdir. Əminəm ki, xalqlarımız arasında tarixən yaranmış mehriban qonşuluq münasibətləri, dostluq və əməkdaşlıq daha da inkişaf edəcəkdir.

Hörmətli İlham Heydər oğlu, Sizə ən xoş arzularımı, möhkəm cansağlığı, uzun ömür, Azərbaycan Respublikasının əmin-amanlığı, firavanlığı, çiçəklənməsi naminə səmərəli fəaliyyət diləklərimi qəbul edin.

Hörmətlə,

Ramazan Abdullatipov

Rusiya Federasiyası Dağıstan Respublikasının
Prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi