İlham Əliyev Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Günter Ottingeri qəbul etmişdir
17 dekabr 2013, 18:35
Prezident İlham Əliyev Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Günter Ottingeri qəbul etmişdir.
Görüşdə “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanma mərasiminin önəmi vurğulandı, layihənin reallaşdırılmasına Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Günter Ottingerin verdiyi dəstək yüksək qiymətləndirildi. Söhbət zamanı layihənin Azərbaycan ilə Avropa İttifaqına üzv olan ölkələr arasında əməkdaşlığın genişləndirilməsinə, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin təmin olunması işinə töhfə verəcəyinə əminlik ifadə olundu, əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.