İlham Əliyev Albaniyanın Baş naziri Edi Ramanı qəbul etmişdir
Text size
17 dekabr 2013, 18:40
Prezident İlham Əliyev Albaniya Respublikasının Baş naziri Edi Ramanı qəbul etmişdir.
Görüşdə “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanma mərasiminin yüksək səviyyədə təşkil olunmasından məmnunluq ifadə edildi. Layihənin Azərbaycan ilə Balkan ölkələri arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi baxımından əhəmiyyəti vurğulandı.
Görüşdə, həmçinin Azərbaycan ilə Albaniya arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən sərmayə qoyuluşu, energetika və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.