İlham Əliyev İtaliyanın xarici işlər naziri Emma Boninonu qəbul etmişdir
Text size
17 dekabr 2013, 18:45
Prezident İlham Əliyev İtaliya Respublikasının xarici işlər naziri Emma Boninonu qəbul etmişdir.
Görüşdə “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanma mərasimi yüksək qiymətləndirildi. Layihənin həyata keçirilməsində Azərbaycanın siyasi və iqtisadi baxımdan böyük işlər gördüyü vurğulandı. Avropanın enerji xəritəsində əhəmiyyətli rol oynayacaq bu layihənin enerji resurslarının şaxələndirilməsi işinə də töhfə verəcəyi bildirildi.
Söhbət zamanı Azərbaycan ilə İtaliya arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə inkişafı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.