İlham Əliyev ABŞ-ın enerji nazirinin müşaviri Conatan Elkindi qəbul etmişdir
Text size
17 dekabr 2013, 18:55
Prezident İlham Əliyev ABŞ-ın enerji nazirinin müşaviri Conatan Elkindi qəbul etmişdir.
Görüşdə “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanma mərasiminin keçirilməsi mühüm tarixi hadisə kimi dəyərləndirildi, layihəyə ABŞ-ın verdiyi dəstək yüksək qiymətləndirildi.
Söhbət zamanı ölkəmizlə ABŞ arasında enerji sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulandı, Azərbaycanın liderliyi ilə bu layihənin həyata keçirilməsindən məmnunluq ifadə olundu, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.