İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini və fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsini qəbul etmişdir
Text size
15 dekabr 2013, 12:00
Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Ceyms Uorliki (ABŞ), Jak Foru ( Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etmişdir.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivlərinə dair məsələlər müzakirə edilmişdir.