logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

“Azərbaycan Respublikasının Milli Atlası”nın redaksiya heyətinin yeni tərkibi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Text size icon-size icon-size

10 dekabr 2013, 23:05

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Milli Atlası”nın redaksiya heyətinin aşağıdakı yeni tərkibi təsdiq edilsin:

Redaksiya heyətinin sədri

Artur Rasi-zadə - Azərbaycan Respublikasının Baş naziri.

Redaksiya heyəti sədrinin müavini

Akif Əli Zadə - AMEA-nın həqiqi üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti.

Məsul katib

Qərib Məmmədov - AMEA-nın həqiqi üzvü, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri.Azərbaycan Respublikası

Redaksiya heyətinin üzvləri:

Elmar Məmmədyarov
—
xarici işlər naziri
Şahin Mustafayev
—
iqtisadiyyat və sənaye naziri
Natiq Əliyev
—
energetika naziri
Ziya Məmmədov
—
nəqliyyat naziri
Heydər Əsədov
—
kənd təsərrüfatı naziri
Hüseynqulu Bağırov
—
ekologiya və təbii sərvətlər naziri
Əbülfəs Qarayev
—
mədəniyyət və turizm naziri
Mikayıl Cabbarov
—
təhsil naziri
Oqtay Şirəliyev
—
səhiyyə naziri
Əli Abbasov
—
rabitə və informasiya texnologiyaları naziri
Azad Rəhimov
—
gənclər və idman naziri
Arif Vəliyev
—
Dövlət Statistika Komitəsinin sədri
 
 
 
Xoşbəxt Yusifzadə
—
AMEA-nın həqiqi üzvü, Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin
birinci vitse-prezidenti
Kamal Abdullayev
—
AMEA-nın müxbir üzvü, AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin akademik katibi, Bakı Slavyan Universitetinin rektoru
Əhliman Əmiraslanov
—
AMEA-nın həqiqi üzvü, AMEA-nın Biologiya Elmləri Bölməsinin akademik katibi, Azərbaycan Tibb Universitetinin rektoru
 
 
 
Abel Məhərrəmov
—
AMEA-nın həqiqi üzvü, Bakı Dövlət
Universitetinin rektoru
Ziyad Səmədzadə
—
AMEA-nın həqiqi üzvü, Azərbaycan İqtisadçılar İttifaqının sədri
Yaqub Mahmudov
—
AMEA-nın müxbir üzvü, AMEA-nın Tarix
İnstitutunun direktoru, Bakı Dövlət
Universitetinin kafedra müdiri
Məhərrəm Babayev
—
AMEA-nın müxbir üzvü, AMEA-nın
Torpaqşünaslıq  və Aqrokimya İnstitutunun direktoru.
 
2. “Azərbaycan Respublikasının Milli Atlası”nın nəşri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 aprel tarixli 1436 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 4, maddə 318) 2-ci hissəsi ləğv edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 dekabr 2013-cü il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi