logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Meksika Respublikası Senatının xarici məsələlər komissiyasının sədri Qabriela Kuevas Barrondan

Text size icon-size icon-size

07 dekabr 2013, 13:30

Hörmətli cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan böyük qürur hissi duyuram.

Meksika Respublikası Senatının və sədrlik etdiyim komissiyanın ölkələrimiz arasındakı əməkdaşlıq əlaqələrinin və qarşılıqlı anlaşmanın qurulmasına olan marağını bir daha vurğulamaq istərdim. Əmin ola bilərsiniz ki, Meksika Respublikası Senatının xarici məsələlər komissiyasında Azərbaycan Respublikasının çoxlu sayda səmimi dostu vardır.

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə ən dərin ehtiramımı çatdırıram.

Hörmətlə,

Qabriela Kuevas Barron

Meksika Respublikası Senatının
xarici məsələlər komissiyasının sədri

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi