logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Cənubi Afrika Respublikasının Prezidenti Zati-aliləri cənab Ceykob Gedleyihlekisa Zumaya

Text size icon-size icon-size

06 dekabr 2013, 12:00

Hörmətli cənab Prezident,

Cənubi Afrika Respublikasının keçmiş Prezidenti, xalqınızın böyük oğlu, görkəmli dövlət xadimi, lider, aparteidə və rasizmə qarşı mübarizənin qəhrəmanı, Nobel mükafatı laureatı Nelson Mandelanın vəfatı xəbərindən son dərəcə kədərləndim.

Nelson Mandela Cənubi Afrika Respublikasının inkişafı, xalqının rifahının yüksəlməsi və ölkədə ədalətli cəmiyyətin qurulması istiqamətində böyük işlər görmüşdür. Nelson Mandelanın əziz xatirəsi doğma vətənində və onun hüdudlarından kənarda milyonların yaddaşında əbədi yaşayacaqdır.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə, Cənubi Afrika Respublikasının xalqına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 6 dekabr 2013-cü il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi