Finlandiya Respublikasının Prezidenti Zati-aliləri cənab Sauli Niinistöyə
Text size
05 dekabr 2013, 18:30
Hörmətli cənab Prezident,
Finlandiya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimi yetirirəm.
Əminəm ki, Azərbaycan-Finlandiya dostluğu və əməkdaşlığı bundan sonra da hərtərəfli inkişaf edərək xalqlarımızın rifahına töhfələr verəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Finlandiya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 3 dekabr 2013-cü il.