logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət etmişdir

Text size icon-size icon-size

27 may 2010, 16:14

Prezident İlham Əliyev Respublika Günü münasibətilə paytaxtın İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət etmişdir.

Abidənin ətrafında fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlət başçısı abidənin önünə əklil qoydu.

Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.

XXX


Mərasim başa çatdıqdan sonra Prezident İlham Əliyev İstiqlaliyyət küçəsindəki binaların fasadlarında, eləcə də paytaxtın Filarmoniya bağında həyata keçirilən yenidənqurma və abadlıq işləri ilə tanış oldu, “Respublika” hotelində aparılan təmir və bərpa işlərinin gedişi ilə maraqlandı.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi