“Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919-2009)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının 2009-cu il 8 may tarixli 809-IIIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
28 noyabr 2013, 17:30
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919-2009)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının 2009-cu il 8 may tarixli 809-IIIQ nömrəli Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 5, maddə 312) aşağıdakı dəyişikliklər edilsin:
1. Həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919-2009)” Azərbaycan Respublikasının yubiley medalının təsviri”ndə:
1.1. üçüncü və dördüncü hissələrin ikinci cümlələrində “dəniz dalğası (Pantone 3298 C) rəngindədir” sözləri “yaşıl rəngdədir” sözləri ilə əvəz edilsin;
1.2. dördüncü hissəyə aşağıdakı məzmunda altıncı cümlə əlavə edilsin:
“Medalın arxa tərəfində seriyası və nömrəsi həkk olunmuşdur.”;
1.3. beşinci hissənin dördüncü cümləsində “dəniz dalğası (Pantone 3298 C)” sözləri “yaşıl” sözü ilə əvəz edilsin.
2. Həmin Qanuna əlavə edilmiş “Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919-2009)” yubiley medalının eskizi bu Qanuna əlavə olunmuş yeni eskizi ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr 2013-cü il.