“Azərbaycan Respublikasının “Hərbi xidmətdə fərqlənməyə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli 327-IIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu


28 noyabr 2013, 16:10
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikasının “Hərbi xidmətdə fərqlənməyə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli 327-IIQ nömrəli Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 253) aşağıdakı dəyişikliklər edilsin:
1. Həmin Qanunla təsdiq edilmiş “Hərbi xidmətdə fərqlənməyə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medalın təsviri”ndə:
1.1. birinci hissədə “35 mm girdə” sözləri “36 mm olan” sözləri ilə əvəz edilsin;
1.2. beşinci hissədə “səthlidir” sözündən sonra “, ortasında medalın seriyası və nömrəsi həkk olunmuşdur” sözləri əlavə edilsin;
1.3. altıncı hissədə:
1.3.1. birinci cümlədə “27 mm x 43 mm” sözləri “37 mm x 50 mm” sözləri ilə əvəz edilsin;
1.3.2. hissəyə aşağıdakı məzmunda dördüncü cümlə əlavə edilsin:
“Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçülü, medalın 1-ci dərəcəsi üçün qızılı, 2-ci və 3-cü dərəcəsi üçün gümüşü rəngli təbəqə bərkidilir.”;
1.4. yeddinci hissədə “27 mm x 9 mm” sözləri “37 mm x 10 mm” sözləri ilə əvəz edilsin.
2. Həmin Qanuna əlavə edilmiş “Hərbi xidmətdə fərqlənməyə görə” medalının eskizi bu Qanuna əlavə olunmuş “Hərbi xidmətdə fərqlənməyə görə” medalının 1-ci, 2-ci və 3-cü dərəcələr üzrə eskizləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr 2013-cü il.