logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Fransanın “Le Racing Club”unun prezidenti Jerve Marteldən

Text size icon-size icon-size

27 noyabr 2013, 19:15

Hörmətli cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Son aylar Fransanın “Le Racing de Lens” və Azərbaycanın “Bakı“ futbol klubları arasında yaranan əməkdaşlıq idman mübadiləsi baxımından çox səmərəli olmuşdur. Bu, öz növbəsində Fransa və Azərbaycanın dövlət başçılarının səyləri, futbol klubları və şirkət rəhbərlərinin ümumi maraqları və təcrübə mübadiləsi sayəsində ölkələrimizin iqtisadi və mədəni əməkdaşlığına da təkan verəcəkdir.

Zati-aliləri, “Le Racing de Lens” futbol klubu adından Sizi yenidən ali dövləti vəzifəyə seçilməyiniz münasibətilə təbrik edir, yüksək hörmət və ehtiramımı bildirirəm.

Hörmətlə,

Jerve Martel

Fransanın “Le Racing de Lens” futbol klubunun prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi