logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Qabon Respublikasının Prezidenti Əli Bonqo Ondimbadan

Text size icon-size icon-size

27 noyabr 2013, 19:10

Hörmətli cənab Prezident,

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, ali dövləti vəzifənizdə uğurlar diləyirəm.

Əminəm ki, ölkələrimiz arasında mövcud dostluq münasibətləri, xalqlarımızın rifahı naminə ikitərəfli əməkdaşlığımız əlaqələrimizin dinamik və səmərəli inkişafına töhfə verəcəkdir.

Cənab Prezident, Sizi səmimi qəlbdən təbrik edir, Zati-alinizə ən yüksək hörmət və ehtiramımı bildirirəm.

Hörmətlə,

Əli Bonqo Ondimba

Qabon Respublikasının Prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi