ABŞ-ın Texas ştatının Hyuston şəhərinin meri Ennis Parkerdən


27 noyabr 2013, 14:05
Zati-aliləri,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik etməkdən məmnunluq duyuram. Otuz ildən artıqdır ki, Azərbaycanın və ABŞ-ın qardaşlaşmış şəhərləri Bakı ilə Hyuston arasında ortaq maraqlara əsaslanan dostluq və tərəfdaşlıq münasibətləri mövcuddur. Hyustonda həyata keçirilməsi planlaşdırılan Azərbaycan-ABŞ Dostluq Körpüsü və Parkı layihəsi ikitərəfli və çoxşaxəli tərəfdaşlığımızın daha bir gözəl örnəyidir.
Münasibətlərimiz çiçəklənməyə davam etdikcə, mən Hyuston və Azərbaycan arasındakı gələcək əməkdaşlığa ümidlə baxıram.
Cənab Prezident, Azərbaycanın və onun xalqının davamlı inkişafı ilə bağlı ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm.
Hörmətlə,
Ennis Parker
ABŞ-ın Texas ştatının Hyuston şəhərinin meri