“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 500 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
25 noyabr 2013, 21:50
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 14 may tarixli 649-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 500 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 9, maddə 794) aşağıdakı dəyişikliklər edilsin:
1. 1.4-cü bənd ləğv edilsin;
2. 3.1.10-cu yarımbənddə “baş verməsi faktını təsdiqləyən” sözləri “təfərrüatları barədə” sözləri ilə əvəz edilsin;
3. 4-cü hissə üzrə:
3.1. 4.1-ci bənddə “35.2-ci” sözləri “14.3-cü” sözləri ilə əvəz edilsin;
3.2. 4.2-ci bənddə “və 61.1-ci maddələrində” sözləri “maddəsində” sözü ilə əvəz edilsin;
3.3. 4.3-cü bənddə “60.2-ci” sözləri “34-2.0-cı” sözləri ilə, “orqanları” sözü “orqanı” sözü ilə, “60.2.1-ci və 60.2.4-cü” sözləri “34-2.0.1-ci və 34-2.0.4-cü” sözləri ilə, “60.2.2-ci” sözləri “34-2.0.2-ci” sözləri ilə, “60.2.3-cü” sözləri “34-2.0.3-cü” sözləri ilə əvəz edilsin;
3.4. 4.4-cü bənddə “75-ci maddəsində” sözləri “34-3.1-ci, 34-4.0.4-cü və 75-ci maddələrində” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 noyabr 2013-cü il.