logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 130 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Text size icon-size icon-size

25 noyabr 2013, 21:30

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 130 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 5, maddə 300; 2001, № 7, maddə 467; 2002, № 6, maddə 341; 2003, № 10, maddə 544; 2004, № 2, maddə 61; 2005, № 10, maddə 915; 2006, № 2, maddə 81; 2010, № 5, maddə 388; 2011, № 2, maddə 85; 2012, № 7, maddə 683) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci bəndin birinci abzasında “bədən tərbiyəsi və idman,” sözlərindən sonra “kənd təsərrüfatı,” sözləri əlavə edilsin.
2. 4-cü bənddə:
2.1. beşinci abzasdan “, bir qayda olaraq,” sözləri çıxarılsın;
2.2. on səkkizinci abzasda “verilə bilər” sözləri “verilir” sözü ilə əvəz edilsin;
2.3. bəndə aşağıdakı məzmunda iyirmi birinci abzas əlavə edilsin:
“Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adı kənd təsərrüfatının inkişafında xüsusi xidmət göstərmiş və bu sahədə yüksək nailiyyət əldə etmiş kənd təsərrüfatı məhsulları istehsalçılarına, emalçılarına, aqrar sahədə fəaliyyət göstərən elmi tədqiqat institutlarının, aqrar sahənin xidmət təşkilatlarının işçilərinə, aqrar sahəni idarəetmə orqanlarının əməkdaşlarına verilir.”.
3. 6-cı bənddən “, bir qayda olaraq,” sözləri çıxarılsın.
4. 8-ci bənddə “İcra Aparatında” sözləri “Administrasiyasında” sözü ilə əvəz edilsin.
5. 13-cü bəndin üçüncü abzasında və 16-cı bənddə “İcra Aparatına” sözləri “Administrasiyasına” sözü ilə əvəz edilsin.
6. 14-cü bəndin ikinci abzası ləğv edilsin.
7. 15-ci bəndin birinci abzasında “Fərmanı ilə məhrum edilə bilər” sözləri “sərəncamı ilə məhrum edilir” sözləri ilə əvəz edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 noyabr 2013-cü il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi