logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Honduras Respublikasının Prezidenti Porfirio Lobo Sosadan

Text size icon-size icon-size

21 noyabr 2013, 12:50

Hörmətli cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz xalqınızın Sizin müdrik siyasətinizə inamının sübutudur. Seçkilərdə inamlı qələbəniz münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram.

Zati-aliləri, Azərbaycan ilə Honduras arasında əlaqələrin inkişafı, Asiya ilə Avropanın qovuşduğu strateji məkanda yerləşən ölkənizin beynəlxalq siyasətdə oynadığı layiqli rol bizi olduqca məmnun edir.

Əminəm ki, münasibətlərimiz daha da inkişaf edəcəkdir. Fürsətdən istifadə edərək, Zati-alinizə uğurlar, Azərbaycan Respublikasına tərəqqi və rifah diləyirəm.

Hörmətlə,

Porfirio Lobo Sosa
Honduras Respublikasının Prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi