Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Text size


20 noyabr 2013, 18:50
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Azər Məmməd oğlu Cəfərova II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilsin.
2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti rəisinin müavini Nizaməddin Qurban oğlu Cəlilova ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 noyabr 2013-cü il.