“Ümumrusiya Azərbaycanlılar Konqresi” İctimai Təşkilatının Kostroma regional bölməsinin sədri İbadulla Babayevdən
18 noyabr 2013, 16:55
Hörmətli İlham Heydər oğlu,
Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi və Sizin şəxsinizdə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirik.
Bu, Azərbaycanın tarixində parlaq və əlamətdar hadisədir.
Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş inkişaf strategiyasını Sizin uğurla davam etdirməyiniz sayəsində Azərbaycan sosial-iqtisadi, mədəni, intellektual, idman sahələrində və digər sahələrdə çox mühüm uğurlar əldə etmişdir.
Azərbaycanın konstruktiv, uzaqgörən siyasətini bütün dünyada yüksək qiymətləndirir və buna ehtiramla yanaşırlar.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına firavanlıq və sülh arzulayırıq!
Hörmətlə,
İbadulla Babayev
“Ümumrusiya Azərbaycanlılar Konqresi” İctimai Təşkilatının
Kostroma regional bölməsinin sədri