logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

“Ümumrusiya Azərbaycanlılar Konqresi” İctimai Təşkilatının Volqoqrad regional bölməsinin idarə heyəti şurasının sədri Teymur Həsənovdan

Text size icon-size icon-size

18 noyabr 2013, 16:25

Hörmətli İlham Heydər oğlu!

Yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi “Ümumrusiya Azərbaycanlılar Konqresi” İctimai Təşkilatının Volqoqrad regional bölməsi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Bu əlamətdar hadisə Azərbaycan xalqının Sizə yüksək etimadının inandırıcı təsdiqi, tarixi Vətənimizin hərtərəfli inkişafı naminə Sizin yüksək uğurlarınızın nəticəsidir. Səsvermənin yekunlarına əsasən çox böyük fərqlə başqa namizədlərdən irəli çıxmağınız Sizin yürütdüyünüz Azərbaycan cəmiyyətinin müstəqil və davamlı irəliləyişinə yönəlmiş sabit və aydın kursun bütün xalq tərəfindən bəyənildiyini göstərir. Azərbaycan xalqının ümummilli liderinin yürütdüyü və Sizin ləyaqətlə davam etdirdiyiniz müdrik siyasət sayəsində həm Azərbaycan vətəndaşlarının, həm də respublikanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların həyat şəraiti yaxşılaşır. Əminəm ki, Siz ali dövləti vəzifənizdə bundan sonra da Rusiya və Azərbaycan xalqları arasında dostluq və mehriban qonşuluq münasibətlərini daha da dərinləşməsinə və genişlənməsinə şərait yaradacaqsınız.

Sizə uzun ömür, ali dövləti fəaliyyətinizdə uğurlar, xalqımıza sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

Teymur Həsənov

“Ümumrusiya Azərbaycanlılar Konqresi” İctimai Təşkilatının Volqoqrad regional bölməsinin idarə heyəti şurasının sədri

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi