logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev Kiyevdə “Naməlum əsgər” abidəsini ziyarət etmişdir

Text size icon-size icon-size

18 noyabr 2013, 13:30

Prezident İlham Əliyev Kiyev şəhərindəki “Naməlum əsgər” abidəsini ziyarət etmişdir.

Abidənin qarşısında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyev “Əbədi məşəl”in önünə əklil qoydu, 1941-1945-ci illərin Böyük Vətən müharibəsində həlak olmuş döyüşçülərin xatirəsini ehtiramla yad etdi.

Azərbaycanın və Ukraynanın dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsi dövlətimizin başçısının qarşısından keçdi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi