Rusiya Federasiyasının Prezidenti Zati-aliləri cənab Vladimir Putinə
Text size
18 noyabr 2013, 12:00
Hörmətli Vladimir Vladimiroviç,
Kazan aeroportunda təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirmişdir.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 18 noyabr 2013-cü il