2013-cü il sentyabrın 6-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə Ukraynanın Qiymətli Kağızlar və Fond Bazarı üzrə Milli Komissiyası arasında məlumat mübadiləsi haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
16 noyabr 2013, 19:25
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2013-cü il sentyabrın 6-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə Ukraynanın Qiymətli Kağızlar və Fond Bazarı üzrə Milli Komissiyası arasında məlumat mübadiləsi haqqında Anlaşma Memorandumu” təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Ukrayna Hökumətini xəbərdar etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 noyabr 2013-cü il.