logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Kolumbiya Respublikasının Prezidenti Xuan Manuel Santosdan

Text size icon-size icon-size

16 noyabr 2013, 16:20

Zati-aliləri cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Kolumbiya xalqı adından və şəxsən öz adımdan təbrik etməkdən şərəf duyuram.

Zati-aliləri, bildirmək istəyirəm ki, Kolumbiya dövləti Azərbaycan dövləti ilə ikitərəfli əlaqələrin daha da gücləndirilməsi və birgə fəaliyyətin genişləndirilməsi işinə sadiqdir. Azərbaycanın Kolumbiyada diplomatik missiyasının açılmasından çox məmnun olardım.

Fürsətdən istifadə edərək, Zati-aliləri, Sizə ən yüksək ehtiramımı bildirirəm.

Hörmətlə,

Xuan Manuel Santos
Kolumbiya Respublikasının Prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi