logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Liviya Dövlətinin Ümummilli Konqresinin sədri Nuri Əli Əbu Səhmeyndən

Text size icon-size icon-size

15 noyabr 2013, 14:00

Zati-aliləri,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi salamlarımı və xoş təbriklərimi Sizə çatdırmaqdan məmnunluq duyuram. Sizə fəaliyyətinizdə müvəffəqiyyət və uğurlar, Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzu edirəm.

Fürsətdən istifadə edərək, Zati-alinizə ölkələrimizi və dost xalqlarımızı bir-birinə bağlayan əlaqələrin dərinliyindən fəxarət hissi keçirdiyimizi, ölkələrimizin birgə maraqlarına xidmət edən bütün sahələrdə Sizinlə əlaqələndirmə işinin və məsləhətləşmələrin aparılması üçün davamlı səy göstərdiyimizi bildirirəm.

Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Nuri Əli Əbu Səhmeyn
Liviya Dövlətinin Ümummilli Konqresinin sədri

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi