“Küveyt-Azəri” Ticarət Müəssisəsinin sədri Raid Xıdır Rəcəbdən
15 noyabr 2013, 15:50
Möhtərəm cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Küveyt Dövlətində fəaliyyət göstərən “Küveyt-Azəri” Ticarət Müəssisəsinin bütün əməkdaşları adından səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan Respublikasına hər səfərim zamanı ölkənizdə baş verən sürətli inkişafın, müsbət dəyişikliklərin şahidi oluram. Bu müsbət dəyişikliklər Sizin adınızla, uğurlu fəaliyyətinizlə bağlıdır. Dost və qardaş Azərbaycan xalqı da məhz bu böyük işlərə qiymət verərək, Zati-alinizin siyasətini dəstəkləmişdir.
Cənab Prezident, ali dövləti vəzifənizdə Sizə yeni-yeni uğurlar diləyir, bir daha təbriklərimi və ehtiramımı çatdırıram.
Hörmətlə,
Raid Xıdır Rəcəb
“Küveyt-Azəri” Ticarət Müəssisəsinin sədri