Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi Təhsil Şurasının sədri Enver Özerendən


15 noyabr 2013, 15:05
Hörmətli Prezidentimiz,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizi Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi Təhsil Şurasının elmi-pedaqoji, tələbə, müəllim kollektivləri və valideyn təşkilatları adından və öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Seçkilərdəki parlaq qələbəniz Azərbaycan xalqının Sizə etimadı, etibarı, eyni zamanda, ölkədə demokratiyanın bərqərar olduğunun, azad, bərabər, şəffaf seçki sisteminin möhkəm təməllər üzərində qurulduğunun əyani təsdiqidir.
Sizi yenidən ali dövləti vəzifəyə seçməklə Azərbaycan xalqı ötən on ildə fəaliyyətinizə ümumxalq qiyməti vermiş, eyni zamanda, bununla Sizin ümummilli lider Heydər Əliyevin ideyalarına sədaqətinizi də təsdiq etmiş, buna dəstək verdiklərini sübut etmişlər.
Biz xalqın bu seçimini sevinclə, qürurla, iftixarla qarşılayaraq, bundan sonra da təhsil sahəsində, gənc nəslin Azərbaycanın gələcək fəal qurucuları kimi yetişməsi üçün müəyyən etdiyiniz siyasətin həyata keçirilməsində fəal iştirak etməklə Zati-alinizə, Azərbaycan xalqına bundan sonra da sədaqətlə xidmət edəcəyimizi bəyan edirik.
Müasir, müstəqil, demokratik Azərbaycan Respublikasının yenidən Prezidenti seçilməyiniz münasibətilə Sizi, Azərbaycan xalqını və bütün Azərbaycansevərləri bir daha ürəkdən təbrik edirik.
Hörmətlə,
Enver Özeren
Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi
Təhsil Şurasının sədri