logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İstanbuldakı Türkiyə-Azərbaycan Dərnəyi idarə heyətinin sədri Səfər Karakoyunludan

Text size icon-size icon-size

14 noyabr 2013, 15:20

Hörmətli cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi və Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Əminik ki, Azərbaycan bu gün olduğu kimi, gələcəkdə də regionun ən güclü dövlətləri arasında yerini sabit şəkildə qoruyaraq uğurlu inkişafını davam etdirəcəkdir. Bu inkişafda yüksək iradə və əzmkarlıq nümayiş etdirən Azərbaycan xalqının birliyi və həmrəyliyi qürurverici səviyyədədir. Bu həmrəyliyin doğurduğu sevinc hissini Türkiyədə yaşayan Azərbaycan türkləri olaraq böyük təqdirlə qarşılayır, bu birlik və həmrəyliyin davamlı olmasını diləyir, Sizə dərin ehtiramımı ifadə edirəm.

Hörmətlə,

Səfər Karakoyunlu
İstanbuldakı Türkiyə-Azərbaycan Dərnəyi
idarə heyətinin sədri

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi