logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Viktor Tsvirkundan

Text size icon-size icon-size

13 noyabr 2013, 14:45

Zati-aliləri,

İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırım.

Əminəm ki, Sizin hökumətiniz və şəxsən Zati-aliniz Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələr arasında, həmçinin enerji və nəqliyyat kimi əməkdaşlıq sahələrində əlaqələrin daha da gücləndirilməsinə mühüm töhfə verəcəksiniz.
Cənab Prezident, Sizə ən dərin ehtiramımı bildirir, ali dövləti vəzifənizdə uğurlar diləyirəm.

Hörmətlə,

Viktor Tsvirkun
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi