Belçikalıların Kralı Filipdən
Text size
13 noyabr 2013, 14:30
Zati-aliləri,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir və ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm.
Xalqınıza sülh, əmin-amanlıq və rifah arzulayıram.
Hörmətlə,
Filip
Belçikalıların Kralı