Hollandiyadakı “Odlar Yurdu” cəmiyyətinin sədri Firəngiz Bağırovadan
Text size
13 noyabr 2013, 15:15
Hörmətli cənab Prezident,
Azərbaycan Respublikası prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi “Odlar Yurdu” cəmiyyəti adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Əminəm ki, Sizin səyləriniz sayəsində Vətənimiz bundan sonra da çiçəklənəcək, xalqımızın maddi rifahı daha da yüksələcək və bizi - xaricdə yaşayan həmvətənlərimizi sevindirəcəkdir.
Hörmətlə,
Firəngiz Bağırova
Hollandiyadakı “Odlar Yurdu” cəmiyyətinin sədri