logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Qırğız Respublikasındakı “Xəzər” İctimai Birliyinin sədri Ziyəddin Hüseynovdan

Text size icon-size icon-size

13 noyabr 2013, 15:30

Hörmətli İlham Heydər oğlu,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi İssık-Kul vilayəti azərbaycanlılarının “Xəzər” İctimai Birliyi adından səmimi qəlbdən təbrik edirik. Sizə möhkəm cansağlığı, uzun ömür, firavanlıq, doğma Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirik. Sizin müdrik siyasətiniz sayəsində Azərbaycan gündən-günə inkişaf edir. Allahdan arzumuz budur ki, Sizin rəhbərliyinizlə bu inkişaf davamlı olsun, xalqımızın güzəranı daha da yaxşılaşsın, Azərbaycan ilə Qırğızıstan arasında qardaşlıq və dostluq münasibətləri möhkəmlənsin.

Hörmətlə,

Ziyəddin Hüseynov

Qırğız Respublikasındakı
“Xəzər” İctimai Birliyinin sədri

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi