logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Benilüks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımovdan

Text size icon-size icon-size

12 noyabr 2013, 15:25

Zati-aliləri,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Benilüks Azərbaycanlıları Konqresi adından səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Sizin prezidentliyinizin növbəti beş ili ərzində də tarixi Vətənimiz Azərbaycan yeni-yeni uğurlara imza atacaq, regionun lider dövləti statusunu daha da möhkəmləndirəcək, xalqımızın rifah halı gündən-günə yüksələcək və Heydər Əliyev siyasəti uğurla davam etdiriləcəkdir.

Hörmətli cənab Prezident, Sizə uzun ömür, möhkəm cansağlığı, ali dövləti vəzifənizdə uğurlar arzu edirəm. Allah Sizi qorusun!

Dərin hörmətlə,

Sahil Qasımov
Benilüks Azərbaycanlıları Konqresinin sədri

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi