logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Türkiyənin Karacabey Ticarət və Sənaye Palatasının idarə heyətinin sədri Naci Güncüdən

Text size icon-size icon-size

12 noyabr 2013, 15:15

Hörmətli cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Türkiyənin Karacabey Sənayeçi və İş Adamları Palatası adından ürəkdən təbrik edirəm.

Əminəm ki, ali dövləti vəzifədə olduğunuz ötən on ildə qazandığınız nailiyyətləri prezidentliyinizin yeni dönəmində də davam etdirəcək, ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərini daha da möhkəmləndirəcəksiniz.

Sizə möhkəm cansağlığı, şərəfli və məsuliyyətli işinizdə yeni-yeni uğurlar diləyirəm.

Hörmətlə,

Naci Güncü

Türkiyənin Karacabey Ticarət və Sənaye Palatasının
idarə heyətinin sədri

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi