logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Gürcüstanda Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Fazil Həsənovdan

Text size icon-size icon-size

12 noyabr 2013, 15:20

Hörmətli cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçkilərində parlaq qələbəniz münasibətilə Sizi, dövrümüzün görkəmli siyasi xadimini Gürcüstanda Azərbaycanlıların Mədəniyyət Mərkəzinin idarə heyəti adından ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, ali dövləti vəzifənizdə yeni-yeni uğurlar diləyirik.

Cənab Prezident, bu möhtəşəm qələbəniz Azərbaycanın dünya ölkələri arasında sanballı söz sahibinə çevrilməsi, dinc yanaşı yaşama prinsipləri, azərbaycançılıq ideyalarının təbliği, ölkə əhalisinin maddi rifah halının yaxşılaşdırılması sahəsində Sizin yürütdüyünüz uzaqgörən daxili və xarici siyasətə xalqın inamının göstəricisidir.

Zati-aliləri, Sizi inamlı qələbəniz münasibətilə bir daha səmimi qəlbdən təbrik edir, dünya azərbaycanlılarının məbədgahı olan Azərbaycanımızın daha da çiçəklənməsi naminə gördüyünüz möhtəşəm işlərdə müvəffəqiyyətlər diləyirik.

Hörmətlə,

Fazil Həsənov
Gürcüstanda Azərbaycan Mədəniyyət Mərkəzinin sədri

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi