logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Birləşmiş Ərəb Əmirliklərindəki “Azərbaycan” Cəmiyyətinin sədri, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü Samir İmanovdan

Text size icon-size icon-size

11 noyabr 2013, 16:40

Hörmətli cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Birləşmiş Ərəb Əmirliklərində yaşayan azərbaycanlılar adından səmimi qəlbdən təbrik edirəm.

Sizə gələcək işlərinizdə böyük uğurlar diləyirik.

Fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, bundan sonra da xalqımızın rifahı naminə apardığınız müdrik daxili və xarici siyasəti yaşadığım ölkədə ən yüksək səviyyədə dəstəkləyəcək və təbliğ edəcəyəm.

Səmimi arzular və dərin hörmətlə,

Samir İmanov

Birləşmiş Ərəb Əmirliklərindəki “Azərbaycan”
Cəmiyyətinin sədri, Dünya Azərbaycanlıları
Əlaqələndirmə Şurasının üzvü

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi