Qafqaz Xalqları Ali Dini Şurasından

19 oktyabr 2013, 16:05

Möhtərəm İlham Heydər oğlu!

İcazə verin, Azərbaycan Respublikası Prezidenti seçkilərində qələbəniz münasibətilə Sizi Qafqazın din xadimləri və dindarları adından təbrik edək. Aralarında ölkənin bütün ənənəvi konfessiyalarına mənsub dindarların da olduğu seçicilərin əksəriyyəti tərəfindən Sizə göstərilmiş dəstək çoxmillətli Azərbaycan xalqının öz liderinə yüksək münasibətini yenidən təsdiqlədi.

Seçkilərin nəticələri sübut etdi ki, insanlar Azərbaycan Respublikasının həyatında çox cəhətdən Sizin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi kursuna sadiqliyiniz sayəsində baş vermiş müsbət dəyişiklikləri layiqincə qiymətləndirirlər. Azərbaycan xalqı qazanılmış nailiyyətləri artırmağa, mənəvi kamilləşmə və dirçəlişə, Vətənin davamlı inkişafına imkan verən düzgün seçim etdi. Biz şahidik ki, Azərbaycanda xalqın mənəviyyatının möhtəşəm abidələri – məscidlər və ziyarətgahlar şəxsən Sizin rəhbərliyinizlə bərpa edilib xalqa xidmət üçün ona qaytarılır.

Bizi sevindirən budur ki, mehriban qonşular olan iki ölkə - dünya birliyinə inteqrasiya etmiş böyük iqtisadi potensiala malik olan və müasir ictimai model qurmuş Azərbaycan və Rusiya dövlətləri vətəndaşların milli və dini mənsubiyyətindən asılı olmayaraq onların mənəvi həyatı üçün hər cür zəruri şərait yaradır. Bütün bunlar, habelə xalqlarımızın çoxəsrlik tolerantlıq ənənələri, konfessiyalararası dialoq və multikulturalizm işinə onların töhfəsi bizim dövlətlərə və ölkələrimizin rəhbərlərinə beynəlxalq nüfuz qazandırmış, Ulu Tanrı onlara xeyir-dua vermişdir. Biz, dini liderlər də öz növbəmizdə xalqlarımız arasında sülh və həmrəylik naminə dövlətlərimizin başçıları tərəfindən göstərilən səyləri dəstəkləyirik.

Əminik ki, Sizin bütün ənənəvi dinlərə, o cümlədən islam ənənələrinə ehtiramınız, islamofobiya təzahürlərinə qarşı bütün İslam dünyasında dərin hörmət qazanmış qətiyyətli çıxışlarınız konfessiyalararası dialoqun və qarşılıqlı anlaşmanın daha da inkişaf etdirilməsi işinə sanballı töhfə olacaqdır.

Biz bilirik ki, hazırda müqəddəs Həcc ziyarətində olan Azərbaycan müsəlmanları ziyarət ərəfəsində sabitliyin və Vətənin inkişafının, onların dini azadlıqlarının qarantı kimi Sizə səs vermişlər. Sizin əməli işlərdə təcəssüm tapmış, xoş sorağı Azərbaycanın hüdudlarını çoxdan keçmiş ölkənin gələcəyi barədə baxışlarınız budəfəki uğurunuzda böyük rol oynamışdır. Biz din xadimlərini xüsusilə sevindirən odur ki, bu işlər arasında mənəviyyata, dini abidələrə qayğı, dindarların ehtiyaclarına həssas münasibət mühüm yer tutur. Sizin Dini Mədəniyyətin İnkişafı Fondunun yaradılması ideyasını dəstəkləməyinizi yüksək qiymətləndiririk. Şübhə yoxdur ki, bu fond təkcə Azərbaycanda və MDB məkanında deyil, onların hüdudlarından kənarda da mənəviyyatın inkişafında mühüm rol oynayacaqdır. Bütün bunlara, habelə Sizin sözlərinizin işlərinizlə bir olmasına görə Sizə təşəkkür edirik, Sizinlə görüşləri həmişə səbirsizliklə gözləyirik. Bu görüşlərin hər biri bizi Rusiya və Azərbaycan xalqlarının mənəvi əlaqələrinin möhkəmləndirilməsi işinə xidmət etməyə ruhlandırır.

Biz din xadimləri regionda həqiqi mənəvi və əxlaqi idealların, əsrlər boyu ümumi evimiz olan Qafqazın əsasını təşkil edən dəyişməz dəyərlərin bərqərar olması naminə bundan sonra da bizdən asılı olan hər şeyi edəcəyik.

Tanrı Sizə kömək olsun və ali dövləti fəaliyyətinizdə mərhəmətini Sizdən əsirgəməsin! Amin!

Hörmətlə,

Şeyxülislam Allahşükür Paşazadə
Qafqaz Xalqları Ali Dini Şurasının sədri,
Qafqaz Müsəlmanları İdarəsinin sədri

Sultan Mirzəyev
Qafqaz Xalqları Ali Dini Şurası sədrinin müavini
Çeçenistan Respublikasının müftisi

Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri:
İsmayıl Berdiyev
Şimali Qafqaz Müsəlmanlarını Əlaqələndirmə Mərkəzinin sədri, Qaraçay-Çərkəz müftisi

Aleksandr İşein
Bakı və Azərbaycan arxiyepiskopu

İsa Xamxoyev
İnquşetiya Respublikasının müftisi

Əhməd Abdullayev
Dağıstan Respublikasının müftisi

Həzrətəli Dzasejev
Kabardin-Balkar Respublikasının müftisi

Hacımurad Qatsalov
Şimali Osetiya-Alaniya Respublikasının müftisi

Sultanəhməd Karalayev
Kalmık Respublikasının müftisi

Şafiq Pşixaçev
Beynəlxalq İslam Missiyasının prezidenti, Şimali Qafqaz
Müsəlmanlarının Əlaqələndirmə Mərkəzinin Rusiyadakı nümayəndəsi, RF İctimai Palatasının üzvü

Şərafutdin Çoçayev
İmam Əbu-Hənifə adına Şimali Qafqaz İslam Universitetinin rektoru

Nurbi Yemij
Qafqaz Xalqları Ali Dini Şurasının üzvü