İlham Əliyev Həştərxan Kremli və şəhərin görməli yerləri ilə tanış olmuşdur

27 oktyabr 2010, 18:35

Prezident İlham Əliyev Həştərxan Kremli və şəhərin görməli yerləri ilə tanış olmuşdur.

Dövlət başçısı əvvəlcə Həştərxan Kremlində aparılan bərpa və yenidənqurma işləri ilə tanış oldu. Bildirildi ki, Həştərxan Kremlini bir çox hallarda Rusiyanın möcüzəsi də adlandırırlar. Rusiya tarixi ilə bağlı mühüm hadisələrin şahidi olan Həştərxan Kremli XVI əsrin ikinci yarısında tikilmişdir. Rus hərbi-mühəndis memarlığının məşhur abidələri sırasında mühüm yerini hələ də qoruyan Həştərxan Kremli bu ərazidə, o cümlədən Volqa sahilində tikilən ilk qədim qalalardandır. Vaxtilə Həştərxan hakimiyyətinin mərkəzi kimi çıxış edən bu qala özündə 5 tarixi abidəni birləşdirir. Həştərxan Kremli 1980-ci ildən nadir tarixi abidə kimi dövlət tərəfindən qorunur. Hazırda Rusiya hökumətinin qərarı ilə abidədə bərpa və yenidənqurma işləri aparılır. Bu da Həştərxan Kremlinə dövlət səviyyəsində göstərilən diqqət və qayğının təzahürüdür.

Prezident İlham Əliyev sonra Həştərxan şəhərinin görməli yerlərini gəzdi. Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin şəhərdə aparılan abadlıq və quruculuq işləri barədə Azərbaycan Prezidentinə məlumat verdi. Qeyd olundu ki, Xəzər sahilində yerləşən bu şəhər Rusiyanın əsas iqtisadi mərkəzlərindən biri kimi tanınır. Vilayətin malik olduğu iqtisadi potensial bu regionun inkişafında mühüm rol oynayır. Tarixən Azərbaycanın sıx iqtisadi münasibətləri olan Həştərxan vilayəti ilə əlaqələri bu gün də uğurla davam edir və bu proses Rusiya-Azərbaycan əməkdaşlığında mühüm rol oynayır.

SƏNƏDLƏRSərəncamlar17 noyabr 2018
16:02
“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 1 may tarixli 170 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixl...

17 noyabr 2018, 16:02