İlham Əliyev Sumqayıtda “Kimyaçı” Mədəniyyət Sarayının qarşısındakı meydanda aparılan yenidənqurma işləri ilə tanış olmuşdur

03 oktyabr 2013, 13:30

Prezident İlham Əliyev Sumqayıta səfəri çərçivəsində Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin tabeliyində olan Üzeyir Hacıbəyli adına “Kimyaçı” Mədəniyyət Sarayının qarşısındakı meydanda aparılan yenidənqurma işləri ilə tanış olmuşdur.

Ölkəmizdə aparılan abadlıq-quruculuq işləri əhalinin istirahətinin təşkilinə də töhfəsini verməkdədir. Həm insanların istirahətinin təşkilində, həm də şəhər və rayonlarımızın simasının daha da gözəlləşməsində yeni parkların salınması mühüm rol oynayır.

Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Azərbaycan Prezidentinə məlumat verdi ki, “Kimyaçı” mədəniyyət sarayı 1986-cı ildə istifadəyə verilmişdir. Həmin vaxtdan etibarən sarayın qarşısındakı meydanda respublika və şəhər əhəmiyyətli müxtəlif tədbirlər keçirilmişdir. Bu ərazi Sumqayıt şəhərinin mərkəzində yerləşən ən geniş meydandır. Ümumi ərazisi 5 hektar olan meydanda geniş abadlıq-quruculuq və yaşıllaşdırma işləri aparılmışdır. Meydanda kommunikasiya xətləri və işıqlandırma sistemi tamamilə yenidən qurulmuşdur. Müasir fəvvarə meydana xüsusi yaraşıq verməklə yanaşı, həm də istirahət edənlərin könlünü oxşayır. Burada həm mərkəzə gələn qonaqlar, həm də Sumqayıt sakinlərinin istirahətinin mənalı təşkili üçün hər cür şərait yaradılmışdır.

Sonra Prezident İlham Əliyev “Kimyaçı” Mədəniyyət Sarayının stendi ilə tanış oldu. Qeyd edildi ki, saray bundan sonra Sumqayıt Mədəniyyət Mərkəzi adlanacaqdır. Üçmərtəbəli inzibati binanın birinci mərtəbəsində 800 yerlik böyük kino-konsert salonu, ikinci mərtəbədə müşavirə və iclas zalları vardır. Mədəniyyət Mərkəzində teatr tamaşaları, konsert proqramları, yeni texnologiya ilə təqdim olunan kinofilmlərin nümayişi və digər müxtəlif tədbirlərin keçirilməsi üçün yüksək şərait yaradılacaqdır. Burada, həmçinin restoran, sərgi salonu və müxtəlif dərnəklər fəaliyyət göstərəcəkdir. Mərkəzin ərazisində 260 yerlik avtomobil dayanacağının yaradılması da nəzərdə tutulmuşdur.

Dövlət başçısı mərkəzin yenidən qurulması ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

SƏNƏDLƏRQanunlar21 oktyabr 2021
15:35
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

21 oktyabr 2021, 15:35
SƏNƏDLƏRQanunlar21 oktyabr 2021
15:32
“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 1 fevr...

21 oktyabr 2021, 15:32
SƏNƏDLƏRSərəncamlar20 oktyabr 2021
18:10
Azərbaycan Respublikasının Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyətinin təşkili ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü insan hüquqlarının və çoxsaylı beynəlxalq hüquq normalarının pozulması, sosial-iqtisadi fəsadlar və mədəni irsə vurulan ziyanla yanaşı, misli görünməmiş ekoloji terror, təbii sərvətlərin genişmiqy...

20 oktyabr 2021, 18:10
SƏNƏDLƏRSərəncamlar20 oktyabr 2021
17:45
Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşən Zəngilan şəhərinin Baş planının hazırlanması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşən Zəngilan şəhərinin Baş planının hazırlanması üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan aza...

20 oktyabr 2021, 17:45