İlham Əliyev Binəqədi rayonundakı 135 və 248 nömrəli orta məktəblərin binalarının əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur

30 avqust 2013, 18:20

Prezident İlham Əliyev Binəqədi rayonundakı 135 və 248 nömrəli orta məktəblərin binalarının əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur.

Dövlət başçısının tapşırıqlarına uyğun olaraq Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər ardıcıl olaraq həyata keçirilir. Xüsusi Dövlət proqramında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin əsaslı şəkildə yenidən qurulması, yeni məktəb və uşaq bağçaları binalarının inşası uğurla həyata keçirilir. Yeni dərs ili ərəfəsində respublikanın hər yerində olduğu kimi, paytaxtda və eləcə də ətraf qəsəbələrdə orta məktəb binaları yüksək standartlara uyğun şəkildə yenidən qurulur və lazımi avadanlıqla təchiz edilir, təhsil müəssisələrinin ərazilərində abadlıq işləri həyata keçirilir, yaşıllıq zolaqları salınır.

Prezident İlham Əliyev əvvəlcə Binəqədi rayonundakı 135 nömrəli orta məktəbin binasının əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış oldu.

Dövlət başçısı məktəbin təmirdən əvvəlki vəziyyətini əks etdirən fotolardan ibarət stendə baxdı.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağı Prezident İlham Əliyevə məlumat verdi.

Bildirildi ki, 1970-ci ildə istifadəyə verilən məktəbdə Dövlət proqramına uyğun olaraq əsaslı təmir və yenidənqurma işləri yüksək standartlara uyğun şəkildə həyata keçirilmişdir. Məktəbin elektrik və kommunikasiya xətləri yeniləri ilə əvəz olunmuş, müasir istilik sistemi quraşdırılmışdır. 1020 şagird yerlik məktəbin bütün sinif otaqları, idman və iclas zalları, yeməkxanası tam təmir olunmuş, həyətdəki açıq idman meydançası əsaslı şəkildə yenidən qurulmuşdur. Məktəbdə dərslər bir növbədə aparılacaqdır.

Sonra Prezident İlham Əliyev 248 nömrəli orta məktəbdə həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri ilə tanış oldu. Burada görülən işlər barədə dövlətimizin başçısına məlumat verildi. Məktəbin 1969-cu ildə istifadəyə verildiyi qeyd olundu. Bildirildi ki, 1020 şagird yerlik bu orta məktəbin 41 sinif otağı vardır. Dərslər bir növbədə keçirilir. Bütün sinif otaqları, fənn kabinetləri, idman və iclas zalları yüksək standartlar səviyyəsində təmir edilmişdir. Məktəbin işıq və istilik sistemi ən müasir tələblər səviyyəsindədir.

Dövlət başçısı sinif otaqlarına, ayrı-ayrı fənn kabinetlərinə baxdı, idman və iclas zallarında yaradılan şəraitlə yaxından tanış oldu.

Məktəbin həyətindəki açıq idman meydançası da yenidən qurulmuşdur. Bu təhsil ocağının ərazisində də abadlıq və quruculuq işləri həyata keçirilmişdir.

SƏNƏDLƏRFərmanlar10 dekabr 2019
16:28
“Patent haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 755 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Patent haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il ...

10 dekabr 2019, 16:28
SƏNƏDLƏRSərəncamlar10 dekabr 2019
16:20
“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Azərbaycan-Pakistan Birgə Komissiyasının Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 dekabr tarixli 1835 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Azərbaycan-Pakis...

10 dekabr 2019, 16:20