İlham Əliyev Küveyt Dövlətinin Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir

28 avqust 2013, 15:35

Prezident İlham Əliyev Küveyt Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ğəssan Abdulbari Al-Zəvavini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.

Dövlət başçısı Azərbaycan ilə Küveyt arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu vurğuladı. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq etdiyini deyən Prezident İlham Əliyev bu əməkdaşlığı daha da genişləndirməyin önəmini qeyd etdi. Dövlətimizin başçısı Azərbaycan ilə Küveyt arasında güclü siyasi əlaqələrin mövcud olduğunu vurğulayaraq bu əlaqələrin iqtisadi sahədə, o cümlədən sərmayə qoyuluşu, birgə layihələr, turizm və digər istiqamətlərdə inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu dedi. İkitərəfli münasibətlərimizin möhkəmləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edən Prezident İlham Əliyev əlaqələrimizin gələcək illərdə də uğurla inkişaf edəcəyinə əminliyini bildirdi.

Küveyt Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ğəssan Abdulbari Al-Zəvavi Azərbaycan ilə Küveyt arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə genişləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğuladı. O, ölkələrimiz arasında ikitərəfli əlaqələrin bundan sonra da genişləndiriləcəyinə ümidvar olduğunu bildirdi.

SƏNƏDLƏRSərəncamlar18 may 2019
16:20
T.A.Qaraşovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Taleh Azay oğlu Qaraşov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

...

18 may 2019, 16:20
SƏNƏDLƏRFərmanlar17 may 2019
18:10
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında” 1997-ci il 24 iyun tarixli 609 nömrəli, “Sahibkarlıq fəaliyyəti subyektlərinin dövlət qeydiyyatının “bir pəncərə” prinsipinə uyğun təşkili ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2008-ci il 20 fevral tarixli 713 nömrəli, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2012-ci il 6 iyun tarixli 648 nömrəli, “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” 2015-ci il 21 dekabr tarixli 713 nömrəli və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral ta...

17 may 2019, 18:10
SƏNƏDLƏRQanunlar17 may 2019
15:45
Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq, “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi ...

17 may 2019, 15:45