İlham Əliyev Katex kəndində inşa olunan soyuducu anbar kompleksinin açılışında iştirak etmişdir

17 avqust 2013, 12:10

Prezident İlham Əliyev Balakənə səfəri çərçivəsində Katex kəndində inşa olunan soyuducu anbar kompleksinin açılışında iştirak etmişdir.

Son on ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm işlər görülmüşdür. Respublikamızda sahibkarlığın inkişafına yüksək səviyyədə dövlət qayğısı göstərilir. Bunun nəticəsidir ki, indi bütün istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyətilə məşğul olanların sayı artır. Bu, yeni soyuducu anbarların yaradılmasında da özünü göstərir. Belə soyuducu anbarlardan biri də Balakən rayonunun Katex kəndində inşa olunmuşdur.

Dövlətimizin başçısı Katex soyuducu anbar kompleksinin texniki və texnoloji xarakteristikasının sxemini, kənd təsərrüfatı məhsullarının saxlanmasının səmərəliliyini, rayonda illər üzrə meyvə və tərəvəz istehsalının dinamikasını əks etdirən stendlərə baxdı.

Bildirildi ki, kompleks bütün zəruri avadanlıqla təchiz edilərək müasir səviyyədə yaradılmışdır. Belə layihələrin reallaşması qeyri-neft sektorunun inkişafına təkan verməklə yanaşı, həm də ərzaq təhlükəsizliyi baxımından mühüm əhəmiyyətə malikdir. Bu gün fermer-sahibkarlar və kənd təsərrüfatı istehsalçıları hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşlar. Belə soyuducu anbar kompleksinin onların ixtiyarına verilməsi də bunun əyani təzahürüdür.

Diqqətə çatdırıldı ki, kompleksin inşasına 2011-ci ilin sentyabrında başlanmışdır. Tikinti işləri ən müasir standartlara uyğun olaraq görülmüşdür. Sahəsi 1,36 hektar olan kompleksə 12 soyuducu kamera və inzibati bina daxildir.

Kompleksdə quraşdırılan avadanlıq Almaniyanın və Hollandiyanın aparıcı şirkətlərinin istehsalıdır. Burada hər birinin tutumu 1417 kubmetr olan 12 saxlama kamerası vardır. Soyuducu kompleksin ümumi tutumu isə 17 min kubmetr və ya 4,5 min tondur. Burada Balakən rayonunun və ətraf rayonların fermerlərinin istehsal etdikləri meyvə və tərəvəzin uzun müddət və itkisiz saxlanılması nəzərdə tutulur. Bu kompleksin istifadəyə verilməsi ümumilikdə bölgədə meyvəçiliyin və tərəvəzçiliyin inkişafına təkan verəcəkdir.

Bildirildi ki, Katex kəndində kompleksə məxsus 50 hektar sahədə meyvə bağları da salınmışdır. Meyvə bağlarında xaricdən gətirilmiş alma sortları əkilmiş, damcı üsulu ilə suvarma sistemi qurulmuşdur. Həmin bağlardan tədarük edilən meyvə soyuducu anbar kompleksində saxlanılacaqdır. Bu obyektin istifadəyə verilməsi həm də rayonda yeni iş yerlərinin açılması istiqamətində görülən tədbirlərdən biridir. Yeni soyuducu anbar kompleksində ilkin olaraq 103 nəfər işlə təmin ediləcəkdir. Gələcəkdə işçilərin sayının artacağı nəzərdə tutulur.

Prezident İlham Əliyev soyuducu anbar kompleksini işə saldı.

Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev tapşırıqlarını verdi.

SƏNƏDLƏRFərmanlar28 fevral 2020
18:25
“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 1, ...

28 fevral 2020, 18:25
SƏNƏDLƏRSərəncamlar28 fevral 2020
17:35
Ağdam rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Ağdam rayonunun əhalisi 24740 nəfər olan 18 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin...

28 fevral 2020, 17:35
SƏNƏDLƏRSərəncamlar28 fevral 2020
17:15
Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərba...

28 fevral 2020, 17:15
SƏNƏDLƏRSərəncamlar27 fevral 2020
14:55
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bir sıra hərbi qulluqçularının 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, təhlükəsizliyinin və dövlət sərhədinin mühafizə...

27 fevral 2020, 14:55