İlham Əliyev Bakının Binəqədi rayonunda yenidən qurulmuş Heydər Əliyev adına mədəniyyət və istirahət parkında yaradılmış şəraitlə tanış olmuşdur

03 iyul 2013, 12:10
İlham Əliyev Bakının Binəqədi rayonunda yenidən qurulmuş Heydər Əliyev adına mədəniyyət və istirahət parkında yaradılmış şəraitlə tanış olmuşdur

Prezident İlham Əliyev Bakının Binəqədi rayonunda yenidən qurulmuş Heydər Əliyev adına mədəniyyət və istirahət parkında yaradılmış şəraitlə tanış olmuşdur.

Məlumat verildi ki, Heydər Əliyev adına mədəniyyət və istirahət parkı 4,5 hektar sahəni əhatə edir. Parkın yenidən qurulmasına ötən ilin avqustundan başlanmışdır. Yenidənqurma işlərinə yerli və xarici mütəxəssislər cəlb edilmişdir.

Parkdakı yararsız tikililər sökülmüş, kommunikasiya xətləri yenilənmişdir. Parkın landşaft örtüyündə 167 növ nadir ağac, kol və bitki növlərindən istifadə edilmişdir. Burada relyef nəzərə alınmaqla müasir üslubda hazırlanmış körpülərdən, şəlalələrdən, fəvvarələrdən, çeşmələrdən və digər kiçik memarlıq elementlərindən geniş və məharətlə istifadə olunmuşdur.

Uşaqlar üçün müxtəlif attraksionlar, yelləncəklər və digər idman və oyuncaq elementləri quraşdırılmışdır. Parkın mərkəzində müasir texnologiyalardan istifadə etməklə milli və dünya musiqi nümunələrindən təşkil olunmuş kompozisiyalardan ibarət musiqili fəvvarə buraya xüsusi yaraşıq verməklə yanaşı, istirahət edənlərin könlünü oxşayır.

Parkda xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binası və s. inşa edilmişdir.

Dövlət başçısı parkda yaradılmış şəraiti yüksək qiymətləndirdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo