Azərbaycan Respublikasının Samur-Yalama Milli Parkı haqqında ƏSASNAMƏ

25 iyun 2013, 20:00

Azərbaycan Respublikası Prezidentinin
2013-cü il 25 iyun tarixli Fərmanı ilə
təsdiq edilmişdir

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının Samur-Yalama Milli Parkı (bundan sonra - Milli Park) ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi, bioloji müxtəlifliyin, o cümlədən nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin (şabalıdyarpaq palıd, dəmirağacı, eldar şamı, ilanbalığı, kür qızılbalığı, nərə, uzunburun nərə, dəniz sıfı, çapaq, kütüm, xəşəm, şahmayı, cüyür, böyük qırğı, məzar qartalı, adi qızılquş, bozqırmuymulu qızılquş, fısıldayan qulələk və s.) qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazisində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 noyabr tarixli 2518 nömrəli Sərəncamına uyğun olaraq yaradılmışdır.
1.2. Milli Park xüsusi ekoloji, tarixi, estetik, bioloji əhəmiyyət daşıyan təbiət komplekslərinin və obyektlərinin yerləşdiyi, ətraf mühiti mühafizə, maarifçilik, elmi, mədəni, ekoturizm məqsədləri üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarəsi statusuna malik ərazidir.
1.3. Milli Park öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin normativ hüquqi aktlarını və bu Əsasnaməni rəhbər tutur.
1.4. Milli Parkın ərazisi respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddir və həmin ərazidəki torpaq, su, bitki və heyvanlar aləmi onun daimi istifadəsinə verilir.
1.5. Milli Parkda onun məqsədli təyinatına, təbiət komplekslərinin və obyektlərinin mühafizəsi, bərpası və istifadəsi üzrə müəyyən edilmiş tələblərə zidd olmayan başqa fəaliyyət növləri Milli Parkla hüquqi və fiziki şəxslər arasında bağlanmış və ekoloji ekspertizadan keçirilmiş müqavilələr əsasında həyata keçirilir.
1.6. Xüsusi mühafizəni təmin etmək üçün Milli Parka bitişik olan torpaq və su sahələrində mühafizə, sanitariya-mühafizə və digər qoruyucu zonalar “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir.
1.7. Milli Park Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti, büdcədənkənar vəsaitlər, ətraf mühitin mühafizəsi üzrə fondların vəsaitləri, qrantlar və ianələr hesabına maliyyələşdirilir.
1.8. Milli Parkın idarə edilməsi və mühafizəsi üçün yaradılan idarənin xüsusi fondunun və vəsaitlərinin yaradılması və istifadəsi qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.
1.9. Milli Parkın pasportunu Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi hazırlayır. Pasportda Milli Parkın adı, yerləşdiyi yer, yaradılma tarixi, əhəmiyyəti, torpaqdan daimi istifadə hüququna dair sənədin qeydiyyat nömrəsi və tarixi, mühafizə olunan ərazinin xüsusiyyətləri, onun ümumi görünüşünün sxemi, ərazisində müəyyən edilən fəaliyyət zonaları, qorunan nadir fauna və flora növləri, fəaliyyət prosesində aparılan dəyişikliklər barədə qeydlər öz əksini tapmalıdır. Bu ərazinin pasportu Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində dövlət qeydiyyatına alınmaqla, Milli Parkda saxlanılır.
1.10. Milli Parkda təbiət qoruq fondunun vəziyyətinin qiymətləndirilməsi və proqnozlaşdırılması, bu ərazinin perspektiv inkişaf şəbəkəsinin müəyyən edilməsi, mühafizə rejiminə riayət olunmasına dövlət nəzarətinin gücləndirilməsi məqsədi ilə xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrı aparılır.
1.11. Milli Park müstəqil balansa, istifadəsində olan dövlət əmlakına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Milli Parkın adı əks edilən möhürə, blank və ştamplara, xəzinə hesablarına, bayraq və emblemə malikdir.

2. Milli Parkın yaradılmasının məqsədləri

2.0. Milli Parkın yaradılmasının məqsədləri aşağıdakılardır:
2.0.1. təbiət komplekslərini, genetik fondu, bioloji müxtəlifliyi, nadir və etalon təbiət ərazilərini, tarix-mədəniyyət obyektlərini qoruyub saxlamaq;
2.0.2. turizm və rekreasiya üçün şərait yaratmaq;
2.0.3. təbiəti mühafizənin və ekoloji maarifçiliyin elmi metodlarını hazırlamaq və tətbiq etmək;
2.0.4. əhalini ekoloji cəhətdən maarifləndirmək;
2.0.5. ekoloji monitorinqi həyata keçirmək;
2.0.6. zədələnmiş təbiət, tarix-mədəniyyət komplekslərini və obyektlərini bərpa etmək.

3. Milli Parkın xüsusi mühafizə rejiminin xüsusiyyətləri

3.1. Milli Parkın ərazisi və obyektləri hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına və mənafelərinə xələl gətirmədən Azərbaycan dövlətinə mənsubdur və özgəninkiləşdirilə bilməz.
3.2. Milli Parkın fiziki və hüquqi şəxslərin idarəçiliyinə, istifadəsinə və icarəsinə verilməsi qadağandır.
3.3. Milli Parkın ərazisində onun təbiət, tarix-mədəniyyət və ekoloji xüsusiyyətləri nəzərə alınmaqla, xüsusi mühafizənin rejimləri tətbiq olunur və aşağıdakı fəaliyyət zonaları müəyyən edilir:
3.3.1. xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilən zonalar;
3.3.2. təsərrüfat fəaliyyətinin tənzimlənən rejimi tətbiq edilən zonalar;
3.3.3. turizm və rekreasiya zonaları;
3.3.4. turistlərə, elmi və maarifləndirmə məqsədli şəxslərə xidmət göstərilən zonalar;
3.3.5. Milli Parkın fəaliyyətini təmin etmək üçün təsərrüfat-istehsalat zonaları.
3.4. Milli Parkın ərazisinin xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunan fəaliyyət zonaları üzrə bölgüsü Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təqdimatı əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
3.5. Milli Parkın turizm və rekreasiya zonalarında turizm və rekreasiya məqsədləri üçün təbiətdən istifadənin ayrı-ayrı növlərinə (ov, idman, həvəskar balıq ovu və s.) yol verilir.
3.6. Milli Parkda elmi tədqiqatlar, mədəni-maarif və tədris tədbirləri keçirilir.
3.7. Milli Parkın ərazisində aşağıdakılar qadağan edilir:
3.7.1. təbiət komplekslərinə, genetik fonda, bioloji müxtəlifliyə və tarix-mədəniyyət obyektlərinin varlığına təhlükə yaradan hər bir fəaliyyət;
3.7.2. geoloji kəşfiyyat və faydalı qazıntı işlərinin aparılması;
3.7.3. hidroloji rejimin dəyişməsinə səbəb olan işlərin aparılması;
3.7.4. kimya sənayesi, metallurgiya, nüvə energetikası və xüsusi ekoloji təhlükə yaradan digər müəssisələrin fəaliyyəti;
3.7.5. Milli Parkın fəaliyyəti ilə bağlı olmayan magistral yolların tikintisi, Milli Parkın fəaliyyəti ilə bağlı olmayan boru kəmərlərinin, elektrik xətlərinin və digər kommunikasiyaların çəkilməsi;
3.7.6. müəyyən olunmuş yerlərdən kənarda tonqalların yandırılması, turizm və rekreasiya zonaları istisna olmaqla, dayanacaqların təşkili və çadırların qurulması;
3.7.7. bu məqsədlər üçün müəyyən olunmuş yerlərdən və ümumi istifadə olunan quru və su yollarından kənar mexaniki nəqliyyat vasitələrinin hərəkəti və dayanacağı, ev heyvanlarının köçürülməsi;
3.7.8. meşələrdə əsas istifadə qırıntısı;
3.7.9. yerli fauna və flora növlərinə uyğun olmayan növlərin introduksiyası.
3.8. Milli Parkın ərazisində onun ekoloji, elmi, estetik, mədəni və rekreasiya dəyərini aşağı sala bilən digər fəaliyyət növləri də Milli Park tərəfindən məhdudlaşdırılır və ya qadağan edilir.
3.9. Milli Parkın mühafizəsini onun mühafizə xidməti həyata keçirir. Bu işə Milli Parkın direktoru və direktorun mühafizə işləri üzrə müavini öz səlahiyyətləri daxilində rəhbərlik edirlər.
3.10. Milli Parkın mühafizə xidmətinin aşağıdakı hüquqları vardır:
3.10.1. Milli Parkın ərazisində və onun mühafizə zonasında xüsusi mühafizə rejimini pozanların sənədlərini yoxlamaq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, nəqliyyat vasitələrini, gəmiləri, ov alətlərini, əldə olunmuş ov məhsullarını yoxlamaq, hüquqpozmaya səbəb olmuş alətləri, cihazları və əşyaları, qanunsuz əldə edilmiş məhsulları, habelə müvafiq sənədləri götürmək;
3.10.2. fiziki və hüquqi şəxslərin Milli Parkın ərazisində və onun mühafizə zonasında “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununa və mühafizə rejiminə zidd olan fəaliyyətini dayandırmaq;
3.10.3. Milli Parkın ərazisindən istifadə qaydalarının, həmin ərazinin mühafizə rejiminin pozulmasına görə inzibati xəta haqqında protokollar tərtib etmək;
3.10.4. Milli Parkın ərazisində və onun mühafizə zonasında mühafizə və istifadə sahəsində pozuntu hallarını aradan qaldırmaq haqqında icrası məcburi olan göstərişlər vermək.
3.11. Milli Parkın rejiminin pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.
3.12. Milli Parka vurulmuş zərər Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ödənilir.

4. Milli Parkın elmi tədqiqat fəaliyyəti

4.1. Milli Parkın elmi tədqiqat fəaliyyəti rekreasiya məqsədi ilə istifadə şəraitində ekoloji vəziyyətin proqnozlaşdırılmasına və qiymətləndirilməsinə, səciyyəvi və nadir təbiət komplekslərinin, o cümlədən bioloji müxtəlifliyin elmi cəhətdən əsaslandırılmış üsullarla qorunmasına yönəldilir.
4.2. Milli Parkda elmi tədqiqat fəaliyyətini Milli Parkın elm şöbəsinin işçiləri həyata keçirirlər.
4.3. Milli Parkda elmi tədqiqatlara kənar elmi təşkilatların və mütəxəssislərin cəlb edilməsinə yol verilir.
4.4. Milli Parkda elmi tədqiqatlar, mədəni-maarif, tədris tədbirlərinin həyata keçirilməsi və ekoloji maarifləndirmə işinin təşkili məqsədi ilə Şura yaradıla bilər. Şuranın fəaliyyətinə Milli Parkın direktoru rəhbərlik edir. Şuranın tərkibini Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri təsdiq edir. Şuranın Əsasnaməsi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq edilir.
4.5. Milli Parkın elmi və herbari fondları yaradılır və daimi saxlanılır.
4.6. Milli Parkın elmi əsərlər çap etdirmək hüququ vardır.
4.7. Milli Parkda aparılan elmi tədqiqat işlərində əldə edilmiş nəticələrdən aşağıdakı məqsədlər üçün istifadə olunur:
4.7.1. heyvan və bitki ehtiyatlarının qorunub saxlanılmasının, artırılmasının və onlardan səmərəli istifadə edilməsinin elmi əsaslarını işləyib hazırlamaq və Milli Parkın ərazisində yayılmış vəhşi heyvanların sayının optimal normadan artığının müvafiq ərazidə yayılmış və nəsli kəsilmiş heyvan növlərinin əvvəlki yerlərinə baytarlıq-sanitariya tələblərinə uyğun olaraq köçürülməsini həyata keçirmək;
4.7.2. Milli Parkın ərazisində təbiət komplekslərinin təbii halda saxlanılmasını təmin edən tədbirləri, təbiət kompleksləri komponentlərinin faydalı məhsuldarlığının qiymətləndirilməsi və yüksəldilməsi metodlarını işləyib hazırlamaq;
4.7.3. Milli Parka bitişik ərazilərdə təbii ehtiyatlardan təsərrüfat məqsədləri üçün istifadənin səmərəliliyini müəyyənləşdirmək və nəticələrini aşkara çıxarmaq;
4.7.4. ziyanverici heyvanlara və alaq otlarına qarşı mübarizə metodlarını, ilk növbədə bioloji metodların layihələrini işləyib hazırlamaq;
4.7.5. su rejimində, torpağın və bitki örtüyünün xassələrində, heyvanların sayında və bitkilərin (fitosenozların) məhsuldarlığında dəyişikliklərin proqnozlaşdırılması məqsədi ilə həmin dəyişikliklərin səbəbini öyrənmək;
4.7.6. təbiətdə cərəyan edən proseslər haqqında sistemləşdirilmiş faktiki materiallar və nəzəri nəticələr hesabına elmi bilikləri zənginləşdirmək;
4.7.7. Milli Parkın hüdudlarından kənarda, təsərrüfat məqsədləri üçün istifadə edilən ərazilərdə eyni və ya oxşar bioekoloji metodları hazırlamaq.
4.8. Elmi tədqiqatların aparılması metodları Milli Parkın rejiminin tələblərinə zidd olmamalıdır. Aparılan işlərin nəticələri hazırlanmış elmi təkliflər çərçivəsində tətbiq edilir.
4.9. Milli Park elmi tədqiqat işlərini, həyata keçirəcəyi elmi-texniki və digər elmi tədbirləri hər təqvim ili üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsdiq etdiyi və maliyyələşdirdiyi planlar üzrə aparır. Milli Parkla bu sahədə əməkdaşlıq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsdiq etdiyi müqavilələr əsasında, müvafiq profilli elmi tədqiqat idarələri və ali təhsil müəssisələri ilə birgə həyata keçirilir.

5. Milli Parkın təsərrüfat fəaliyyəti

5.1. Milli Parkın təsərrüfat fəaliyyəti təbiət və tarix-mədəniyyət obyektlərinin mühafizəsindən, onlara xidmət və onların bərpası üzrə tədbirlərin həyata keçirilməsindən, təbiətdə idarə olunan istirahət və turizm tədbirlərinin təşkilindən ibarətdir.
5.2. Milli Parkın turizm və rekreasiya, turistlərə, elmi və maarifləndirmə məqsədli şəxslərə xidmət göstərilən zonalarının ərazisində yerləşən binalar və qurğular fiziki və hüquqi şəxslərə icarəyə və ya istifadəyə turizmin, o cümlədən təbiətdə istirahətin inkişafı məqsədi ilə verilir.
5.3. Milli Parkın turizm və rekreasiya, turistlərə, elmi və maarifləndirmə məqsədli şəxslərə xidmət göstərilən zonalarının ərazisində mehmanxanaların, kempinqlərin, turbazaların və digər iaşə obyektlərinin tikintisi və istifadəsi, əhalinin istirahəti məqsədi ilə digər şəraitin yaradılması Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, “Turizm haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq Milli Parkla fiziki və hüquqi şəxslər arasında bağlanmış və ekoloji ekspertizadan keçirilmiş müqavilələr əsasında həyata keçirilir.

6. Milli Parkın mühafizəsinə, qorunmasına və
istifadəsinə dövlət nəzarəti

Milli Parkın vəziyyətinə, onun mühafizəsi, qorunması və bərpası ilə bağlı tədbirlərin icrasına dövlət nəzarətini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir.

7. Milli Parkın fəaliyyətinin təşkili

7.1. Milli Parkın strukturunu, ştat cədvəlini və xərclər smetasını Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri təsdiq edir.
7.2. Milli Parka Milli Parkın direktoru rəhbərlik edir. Milli Parkın direktoru və direktor müavini Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər.
7.3. Milli Parkın direktoru aşağıdakı səlahiyyətlərə malikdir:
7.3.1. Milli Parkın işinə ümumi rəhbərliyi həyata keçirir və onun fəaliyyətində qanuniliyi təmin edir;
7.3.2. təbiəti mühafizə, elmi tədqiqat və biotexniki planların layihələrinin hazırlanmasını və yerinə yetirilməsini təmin edir;
7.3.3. Milli Parkda elmi tədqiqat işlərinin planlarının, tapşırıqların yerinə yetirilməsinin gedişi haqqında struktur bölmələrinin hesabatlarını dinləyir;
7.3.4. Milli Parkın ixtisaslı kadrlarla komplektləşdirilməsini təşkil edir, Milli Parkın dövlət qulluqçusu olan mühafizə və ekoturizm bölmələrinin vəzifəli şəxsləri istisna olmaqla, digər şəxslərin təyinatı ilə bağlı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdimatlar verir, kadrların əlavə təhsili istiqamətində tədbirlər görür;
7.3.5. Milli Parkın mühafizə rejimi, elmi tədqiqatların və onların tətbiqinin nəticələri haqqında hesabatları, statistik və maliyyə hesabatlarını aidiyyəti üzrə təqdim edir;
7.3.6. Milli Parkın maddi-texniki təminatını təşkil edir;
7.3.7. Milli Parkın fəaliyyətinə aid olan məsələlərlə əlaqədar məhkəmələrdə Milli Parkı etibarnaməsiz təmsil edir.
7.4. Direktor Milli Parkın fəaliyyətinə görə şəxsən məsuliyyət daşıyır.
7.5. Milli Parkın işçiləri Milli Parkın rejiminin pozulması hallarının qarşısının alınmasında mühafizə işçilərinə kömək edirlər.
7.6. Milli Parkın təbiət ərazilərindən və obyektlərindən ödənişli istifadə “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tətbiq edilir.
7.7. Əhali və qeyri-hökumət təşkilatlarının Milli Parkın mühafizəsi ilə bağlı təqdim etdiyi təkliflərin məqsədəuyğunluğuna Milli Park tərəfindən baxılır.
7.8. Milli Parkın mühafizə rejimini həyata keçirən işçiləri xidməti vəzifələrini yerinə yetirərkən üzərində fərqləndirici nişanı olan xüsusi geyim forması daşıyırlar. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həmin şəxslərə xidməti silah saxlamaq və gəzdirmək hüququ verilir.

SƏNƏDLƏRSərəncamlar14 noyabr 2018
19:20
“Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 2 noyabr tarixli 1332-VKQ nömrəli Konstitusiya Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 2 noyabr tarixli 1332-V...

14 noyabr 2018, 19:20
SƏNƏDLƏRSərəncamlar14 noyabr 2018
19:10
“Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 2 noyabr tarixli 1331-VKQ nömrəli Konstitusiya Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 2 noyabr tarixli 1331...

14 noyabr 2018, 19:10
SƏNƏDLƏRSərəncamlar14 noyabr 2018
19:00
“Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 2 noyabr tarixli 1333-VKQ nömrəli Konstitusiya Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 2 noyabr tarixli 1333-VKQ nömrəli Konstitusiya Qanununu...

14 noyabr 2018, 19:00
SƏNƏDLƏRFərmanlar14 noyabr 2018
18:48
“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbayca...

14 noyabr 2018, 18:48
SƏNƏDLƏRQanunlar14 noyabr 2018
18:40
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının Prezidenti Emoməli Rahmonun Birgə Bəyanatının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Taciki...

14 noyabr 2018, 18:40
SƏNƏDLƏRFərmanlar14 noyabr 2018
18:30
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 173 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 173 nömrəli Fərmanı (Azərbaycan Resp...

14 noyabr 2018, 18:30
SƏNƏDLƏRSərəncamlar14 noyabr 2018
18:17
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1307-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr ta...

14 noyabr 2018, 18:17