Su Təsərrüfatı Obyektlərinin Layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutunun əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

15 may 2013, 18:10

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda meliorasiya və su təsərrüfatı obyektlərinin layihələndirilməsi sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Hacıyev Arif Səlim oğlu
Həbibov Vilayət Məhəbbət oğlu
İsayev Rauk Məmməd oğlu
Qasımov Sabir İsgəndər oğlu
Sultanov Akif Qara oğlu.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 may 2013-cü il.