Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

15 mart 2013, 21:30

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndinə uyğun olaraq qərara alır:
Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun inzibati ərazi bölgüsündə aşağıdakı dəyişikliklər edilsin:

1. Qarababa kənd inzibati ərazi dairəsi tərkibindəki Qarababa kəndi ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılsın.

2. Qarababa kənd inzibati ərazi dairəsinin mərkəzi Qarababa kəndindən Ayrınc kəndinə keçirilsin və Qarababa kənd inzibati ərazi dairəsi Ayrınc kənd inzibati ərazi dairəsi hesab edilsin.

3. Şahbuz şəhər inzibati ərazi dairəsi tərkibindəki Şahbuz şəhəri ilə həmsərhəd olan Ayrınc kənd inzibati ərazi dairəsi tərkibindəki Ayrınc kəndinin ərazisindən 92,8 ha (bundan dövlət mülkiyyətində olan 15,09 ha, bələdiyyə mülkiyyətində olan 55,35 ha və xüsusi mülkiyyətdə olan 22,36 ha), Daylaqlı kənd inzibati ərazi dairəsi tərkibindəki Daylaqlı kəndinin ərazisindən 274,8 ha (bundan dövlət mülkiyyətində olan 14,48 ha, bələdiyyə mülkiyyətində olan 247,42 ha və xüsusi mülkiyyətdə olan 12,9 ha) torpaq sahələri, habelə ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış Qarababa kəndinin 1454 ha (bundan dövlət mülkiyyətində olan 49 ha, bələdiyyə mülkiyyətində olan 1273 ha və xüsusi mülkiyyətdə olan 132 ha) təşkil edən ərazisi bütövlükdə bu Qanuna əlavə edilmiş xəritələrə uyğun olaraq Şahbuz şəhərinin inzibati ərazisinə verilsin.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 fevral 2013-cü il.

XƏBƏRLƏRMətbuat xidmətinin məlumatı20 mart 2019
15:15
İlham Əliyev Qazaxıstan xalqının lideri, Təhlükəsizlik Şurasının sədri Nursultan Nazarbayevə telefonla zəng edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 20-də Qazaxıstan xalqının lideri, Təhlükəsizlik Şurasının sədri Nursultan Nazarbayevə telefonla zəng edib.

Dövlətimizin başçısı Nursultan Nazarbayevin prezidentlik fəaliyyəti dövründə Qazaxıstanın inkişafı, fi...

20 mart 2019, 15:15
SƏNƏDLƏRFərmanlar19 mart 2019
17:05
“Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 avqust tarixli 226 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında”...

19 mart 2019, 17:05
SƏNƏDLƏRFərmanlar19 mart 2019
16:50
“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1525-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respu...

19 mart 2019, 16:50