Afaq Sultanovadan, Bakı, Azərbaycan
20 fevral 2013, 15:25
Hörmətli cənab Prezident!
Xüsusi olimpiya təqaüdünə layiq görülməyim barədə Sərəncamınız məni çox sevindirdi. Mənə verilən bütün mükafatlara görə, Sizə minnətdarlığımı bildirirəm.
Fəxrlə qeyd etmək istəyirəm ki, 2013-cü ildə Prezident seçkilərində Sizin namizədliyinizin dəstəklənməsi təşəbbüsü barədə Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının 4-cü qurultayının qəbul etdiyi qərara birinci olaraq biz paraolimpiyaçılar qoşularaq ölkəmizdə fəaliyyət göstərən bütün qeyri-hökumət təşkilatlarına da müraciət edərək Həmkarlar İttifaqları Konfederasiyasının bu təşəbbüsünə qoşulmağa çağırmışıq.
Sizə uzun ömür, cansağlığı arzulayıram.
Hörmətlə,
Afaq Sultanova,
cüdoçu, 2012-ci il London paraolimpiya oyunlarının qalibi.
Azərbaycan Respublikası, Bakı şəhəri, Əmircan qəsəbəsi.