İlham Əliyev Bakının Binəqədi rayonunun ərazisində inşa olunan məscid kompleksində aparılan tikinti işlərinin gedişi ilə tanış olmuşdur

30 dekabr 2012, 15:15

Prezident İlham Əliyev Bakının Binəqədi rayonunun ərazisində inşa olunan məscid kompleksində aparılan tikinti işlərinin gedişi ilə tanış olmuşdur.

Respublikamızda maddi-mədəniyyət abidələrinin bərpası və mühafizəsi dövlətimizin başçısının daim diqqət mərkəzindədir.

Son bir neçə ildə Azərbaycan Prezidenti İlham Əliyevin qədim tarixi abidələrin, ziyarətgahların bərpası ilə bağlı imzaladığı sərəncamlar dini-mənəvi dəyərlərə verilən yüksək qiymətin göstəricisidir. Dövlətimizin başçısının tapşırıqları əsasında Bakıda Təzə Pir, Əjdərbəy məscidləri və digər dini-tarixi abidələr əsaslı şəkildə bərpa olunaraq dindarların istifadəsinə verilmişdir. Məscidlərin və digər dini-tarixi abidələrin bərpası işləri Azərbaycanın bütün bölgələrində uğurla həyata keçirilir.

Dövlət başçısının tapşırığı ilə Bakının Binəqədi rayonu ərazisində yeni məscid kompleksinin inşasına başlanılmışdır.

Azərbaycan Prezidenti İlham Əliyev inşaat işlərinin gedişi ilə tanış olmaq üçün kompleksin tikildiyi əraziyə gəldi.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məscid kompleksinin layihəsinin baş planı əsasında Prezidentə məlumat verdi. Bildirildi ki, layihə üzrə yeni məscidin ümumi sahəsi 4 min kvadratmetr təşkil edəcəkdir. Ucaldılacaq 4 minarənin hər birinin hündürlüyü 72, baş günbəzin hündürlüyü 55, ikinci günbəzin hündürlüyü isə 35 metr olacaqdır.

Məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənəcəkdir. Kompleksin daxilində isə tamamlama-bəzək işlərində mərmərdən və taxtadan istifadə olunacaqdır. Məscid kompleksinin həyətində 80 avtomobil üçün dayanacağın yaradılacağı da nəzərdə tutulur.

Dövlət başçısı inşaat sahəsini gəzdi, tikintinin gedişi ilə maraqlandı, müvafiq tapşırıqlarını verdi. 

SƏNƏDLƏRSərəncamlar13 dekabr 2019
16:50
“Azərbaycan təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 oktyabr tarixli 15 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər h...

13 dekabr 2019, 16:50
SƏNƏDLƏRFərmanlar10 dekabr 2019
16:28
“Patent haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 755 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Patent haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il ...

10 dekabr 2019, 16:28